Qafqaz News Patrulaz.az-a istinadən xəbər verir ki, bu gün bəzi media orqanlarında yayılan “Ceyranbatan gölündən meyit tapıldı” məzmunlu məlumatlar ictimaiyyətə düzgün şəkildə çatdırılmayıb. Patrulaz.az-ın məlumatına görə, hadisə ilə bağlı rəsmi mənbələrdən təsdiq yoxdur.

ADSEA-nın mətbuat xidmətinin açıqlamasına görə, hadisə ilə bağlı düzgün məlumat mənbəyi hüquq-mühafizə orqanları və təcili tibbi yardım briqadasının rəsmi açıqlamalarıdır. Bu gün Ceyranbatan Su Təchizatı İdarəsi ilə bağlı işlərdə çalışan Ramazanov Mahir Tofiq oğlu müəssisədə ürəktutma səbəbindən vəfat edib. Hadisəyə dair ilkin rəydə bu səbəb göstərilir.

Yaşanan hadisə ilə bağlı hüquq-muhafizə orqanları və təcili tibbi yardım briqadaları hadisə yerinə çağırılıb. İbtidai tibbi rəyə görə, ölümün səbəbi ürəktutması kimi qiymətləndirilir.

Allah rəhmət etsin.