Qafqaz News Baku.ws-a istinadən xəbər verir ki, 2 noyabr 2026-cı il tarixlərində başlanan kampaniya Bakı metrosu və avtobuslarda tətbiq olunur. TəhsilPlus kartı ilə “Apple Pay” və ya “Google Pay” vasitəsilə NFC ödənişi edən istifadəçilərin həftəiçi hər gün ilk gedişi bir qəpiklik ilə həyata keçiriləcək. Kampaniya 2-30 noyabr 2026-cı il tarixlərini əhatə edir və yalnız TəhsilPlus kartı olan təhsil işçilərinə şamil olunur. Hər kart üzrə gündə bir dəfə bu güzəşt tətbiq olunur; gün ərzində ikinci və sonrakı gedişlər isə standart tariflə hesablanır. Bununla yanaşı, TəhsilPlus kartı ilə ictimai nəqliyyatda standart tarif üzrə ödənişlərə 10% bonus da verilir.
TəhsilPlus kartı olan təhsil işçilərinə ictimai nəqliyyatda ilk gediş 1 qəpiyə
2 noyabr 2026-cı ildən etibarən TəhsilPlus kartı ilə həftəiçi ilk gedişlər ictimai nəqliyyatda yalnız 1 qəpiyə həyata keçiriləcək, əlavə güzəştlər isə davam edir.
Mənbə: Baku.ws
(2 Noyabr 2026)