Türkiyəli jurnalist və teleaparıcı Reha Muhtarın ölümündən təxminən iki ay sonra onun mal varlığı və varisliyi ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

Alev Gürsoy Ciminin bildirdiyinə görə, Muhtarın maliyyə və əmlakla bağlı bütün detalları sentyabrın ilk həftəsində ictimaiyyətə təqdim olunacaq.

Siyahıya daxil edilən əmlak arasında Baltalimanında yalı, Yeniköydə iki ev və bankda müddətli depozit hesabı olduğu qeyd edilir. Həmçinin xaricdə bir daşınmaz əmlakın və kirayə gəliri gətirən üç evin miras siyahısına daxil edildiyi vurğulanır.

Varislərlə bağlı açıqlanan məlumatlarda jurnalistin Deniz Uğurla münasibətindən dünyaya gəlmiş əkiz uşaqları Mina Deniz və Poyraz Denizin adları yer alır. Eyni zamanda müğənni Nilüferin qızı Ayşe Nazlı Yumlu da Muhtarın mənəvi qızı olaraq qeyd edilmişdir.

Reha Muhtar 3 iyun 2026-cı ildə 66 yaşında vəfat edib və Yeniköy qəbiristanlığında dəfn olunub.