Qafqaz News Nocomment.az-a istinadən xəbər verir ki, azərbaycanlı reper Nəvai Bəkirov, həbsdən çıxdıqdan sonra ilk dəfə ictimai paylaşımla səhnəyə qayıdıb. Onun yayımladığı qısa videoda reper “Sizə Halloween obrazımı göstərmək istəyirəm. Necədir?” sözlərini deyir.
Qeyd edək ki, Navai, bir müddət əvvəl Qazaxıstandan deportasiya edildikdən sonra Moskvaya qayıdıb. Xatırladaq ki, reper Qazaxıstanda narkotik vasitələrin qaçaqmalçılığı şübhəsi ilə saxlanılmışdı. Daha sonra onun barəsindəki cinayət işinə xitam verilib və ölkədən deportasiya olunub.