Qafqaz News Konkret.az-a istinadən xəbər verir ki, Qırmızı körpü sərhəd buraxılış məntəqəsindən Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə hərəkət edən iki MAN markalı yük nəqliyyat vasitəsi təkrar yoxlanışa çəkilib. Yoxlama zamanı nəqliyyat vasitələrinin yük sənədlərində gips daşındığı göstərilsə də, aparılan araşdırma nəticəsində 240 ədəd qəlyan tütünü (24 kiloqram) və 1119 ədəd avtomobil ehtiyat hissəsi aşkarlanıb. Əlavə olaraq, 40 ton dizel yanacağı dəstək olmayan yük arasında çıxarılıb.
Fakt üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir.