Paytaxtda sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə edən sürücülər həm özlərinin, həm də digər yoldan keçənlərin həyatını təhlükəyə ata bilir. Statistikaya görə belə qəzaların sayı ümumi yol qəzalarının kiçik faizini təşkil etsə də, nəticələri çox vaxt ölüm və ya ağır xəsarətlərlə nəticələnir. Hadisələrin böyük hissəsi (təxminən 70%-dən çoxu) minik maşınlarının payına düşür.
Sual doğur: bu cür əməl üzrə sürücüyə qarşı hüquqi məsuliyyət necə tətbiq olunur və inzibati həbs nə zaman mümkündür? Hüquqşünas Əkrəm Həsənov Patrul.az-a verdiyi açıqlamada qeyd edib ki, sərxoş vəziyyətdə sürüş cinayət deyil, inzibati xəta sayılır:
“Birincisi, bu vəziyyət Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsi ilə tənzimlənir. Əgər şəxs ilk dəfə bu əməli törədisə, 400 manat məbləğində cərimə tətbiq oluna və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 6 aydan 1 illik müddətdə məhdudlaşdırıla bilər. Lakin həmin şəxs bir il içində eyni əməli yenidən törədərsə, bu halda 15 günədək inzibati həbs tətbiqi mümkünlüyünə malikdir.”
Bu müddəaların tətbiqi ilə sərxoş sürücülər üçün hüquqi mühit formalaşır və təkrar pozuntuların qarşısını almağa yönəlmiş sanksiyalar müəyyən olunur.