Vüqar Rəhimzadə Media haqqında Qanununu dərindən bilməyin hər bir mətbuat işçisi və media əməkdaşının əsas vəzifəsi olduğunu bildirib. Milli Məclisin deputatı və Mətbuat Şurasının İdarə Heyətinin üzvü “Milli mətbuatdan rəqəmsal mediaya: keçid və yeni dövrün çağırışları” mövzusunda keçirilən forumda bu fikri ifadə edib.

Rəhimzadə media ilə cəmiyyət arasındakı münasibətlərin müzakirəsi ilə yanaşı hüquqi mexanizmlərin təkmilləşdirilməsinin də önəmli olduğunu vurğulayıb. O, media fəaliyyətində yalnız hüquqi tənzimləmələrlə kifayətlənilməməsinin, etik prinsiplərə riayət edilməsinin əsas şərt olduğunu deyib. Deputat qeyd edib ki, Mətbuat Şurası yarandığı gündən jurnalistlərin peşə davranışını tənzimləyən qaydaları hazırlayıb və buna ictimai nəzarət həyata keçirmişdir.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü bildirdiki, hazırda “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları” adlandırılan sənəd media təmsilçilərinin fəaliyyət kriteriyalarını müəyyənləşdirir və ictimai müzakirə və jurnalist qurultaylarında daha praktik həllərə cavab verməsi üçün təkmilləşdirilməsi gündəmdədir.

Vüqar Rəhimzadə media fəaliyyətini və informasiya dövriyyəsini əhatə edən hüquqi sənədlərin əsasını “Media haqqında” Qanununun təşkil etdiyi fikrini diqqətə çatdırıb. O vurğulayıb ki, bu qanun hər jurnalistin hüquqi çərçivəsini və əsas iş prinsiplərini müəyyənləşdirir.

Jurnalistin yayımlayacağı informasiya ilə bağlı seçimlərdə obyektivlik meyarının vacibliyinə toxunan MŞ nümayəndəsi bunun məsuliyyət yaradan bir prinsip olduğunu bildirib. Həmçinin, hər bir media əməkdaşının çalışdığı redaksiyanın nüfuzunu qorumasının önəmi də qeyd olunub.