Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə başsağlığı göndərib. Müdafiə Nazirliyinin açıqlamasına istinadən bildirilib ki, Hakkari bölgəsində yerləşən 7-ci Sərhəd Briqadası Komandanlığından olan bir hərbi qulluqçunun sərhədpozma hadisəsinə müdaxilə zamanı açılan atəş nəticəsində həlak olması xəbəri Həsənovu dərindən kədərləndirib.
Başsağlığında deyilənlərə görə, həlak olan hərbi qulluqçuya Allahdan rəhmət dilənib, yaxınlarının dərdlərinə şərik olmaq arzusunda olunduğu və ailəsinə dərin hüznlə başsağlığı verildiyi vurğulanır.
Sonda “Allah rəhmət eləsin” ifadəsi ilə mesaj tamamlanıb.