Qafqaz News Yeniavaz.com-a istinadən xəbər verir ki, 2026-cı ilin oktyabr ayında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 80 aptek üzərində yoxlama aparılıb. Yeniavaz.com-un məlumatına görə, yoxlamaların 9-u Bakı şəhərində, 71-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə icra olunub. Yoxlamaların 79-u planlı, 1-i isə plandankənar olub. Aparılan yoxlamalar nəticəsində 24 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb. Sənədləşdirilən hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 452.1, 452.2 və 452.3-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.