QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Azərbaycan avtomobil bazarında Çin istehsalı olan hibridlər arasında BYD Destroyer 05 modeli xüsusi diqqət çəkir. Günümüz elanlarında işlənmiş və yüksək yürüşlü variantların dəyərində müəyyən ucuzlaşma tendensiyası görünür.

Yeni Sabah-ın təhlilinə görə, elanlarda göstərilən qiymətlər yürüş və buraxılış ilindən asılı olaraq fərqlənir. Sıfır və ya az kilometrli, 2025–2026-cı il modellərinin qiyməti 28,000–32,200 AZN aralığında təklif olunur. Buna qarşılıq 2024–2025-ci il modellərində, 30,000–140,000 kilometr yürüşə malik variantlar 21,900–25,500 AZN səviyyəsinə düşüb.

Bazarın qiymət düşüşünün səbəbləri arasında taksi xidmətlərində yüksək yürüşlərlə çıxarılan avtomobillərin satışına üstünlük verilməsi və bu tip modellərə olan tələbin azalması göstərilir. Eyni zamanda ölkəyə yeni BYD modellərinin davamlı olaraq gətirilməsi rəqabəti artırır. İlkin ödənişin 2,500–3,500 AZN olduğu kredit və lizinq şərtlərinin əlverişliliyi alıcıları ikinci əl seqmentdən uzaqlaşdırır ki, bu da qiymətlərin tənzimlənməsinə təsir edir.

BYD Destroyer 05 modeli Bakı və yaxın ərazilərdə ən geniş yayılmış taksi vasitələrindən biri kimi tanınır. Hibrid (PHEV) sistemi şəhər içi sürüşlərdə yanacaq sərfini azaltmağa kömək edir və bu, sürücülər üçün iqtisadi üstünlük kimi qiymətləndirilir. Bundan əlavə, modellə bağlı buraxılış kartı tələblərinə uyğunluq keyfiyyətlərə təminat verir ki, bu da kommersiya marağını yüksək səviyyədə saxlayır.

Qiymətlərin düşməsi ilə belə, BYD Destroyer 05-ə olan ümumi tələb hələ də davam edir. Şəxsi istifadə və sərnişin daşınması üçün geniş müştəri kütləsi olan bu modelin bazarda likvidliyi yüksək olaraq qalır. Ekspertlər hesab edir ki, qiymətlərin optimal həddə düşməsi bu modelin populyarlığının qorunmasına kömək edəcək.