Qafqaz News Yeniavaz.com-a istinadən xəbər verir ki, Paşa Holdinqin Türkiyə ərazisində fəaliyyət göstərən Paşa Bank Türkiyə (Paşa Yatırım Bankası A.Ş.) bu ilin ilk yarısında 192 milyon lirə xalis mənfəət əldə edib. Bankın açıqladığı maliyyə hesabatında qeyd olunur ki, 2025-ci ilin eyni dövründə bankın xalis mənfəəti 277 milyon lirə olub. Nəticədə mənfəət ötən ilin eyni dövrü ilə müqayisədə 85 milyon lirə və ya 30,7 faiz azalıb.

Hesabat dövründə bankın faiz gəlirləri 1 milyard 158 milyon lirə təşkil edib ki, bu göstərici ötən ilin müvafiq dövründə 1 milyard 100 milyon lirə idi. Faiz xərcləri isə 763 milyon lirəyə yüksəlib (ötən ilin ilk yarısında 761 milyon lirə olub).

Hesabata görə, bankın işçi heyəti ilə bağlı xərclər 146 milyon lirədən 204 milyon lirəyə çatıb (2 milyon 920 min dollardan 4 milyon 80 min dollara yüksəliş).