QafqazNews Manset.az-a istinadən xəbər verir ki, İstanbulun Fatih rayonunda tramvay Haseki dayanacağının yaxınlığında İETT avtobusu ilə toqquşub.

Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadaları göndərilib. Yaralılara ilkin tibbi yardım göstərilməsi üçün aidiyyəti qurumların nümayəndələri ərazidə fəaliyyətlərini davam etdirirlər.