Qafqaz News Yenisabah.az-a istinadən xəbər verir ki, ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlarda üçüncü tərəfin mövcudluğu **qəbul edilmir** və tərəflər arasında yaranan məsələlər birbaşa İrəvanla Bakı arasında həll edilməlidir.

“Yeni Sabah” newsam-a istinadən bildirir ki, bunu Vətəndaş Müqaviləsi Partiyasından olan parlament üzvü Artur Ovannisyan açıqlayıb.

Sülh müqaviləsinə gəldikdə yeni zəmanətçilərin olmayacağı deyilib: “Bu zəmanətləri özümüz verməliyik və onlar ikitərəfli olmalıdır”, - deyə o əlavə edib. Həmçinin, zəmanətlərin verilməsinə görə məsuliyyətin tərəflərin üzərinə düşdüyü bildirilib.

Ovannisyanın sözlərinə görə, müzakirə prosesində tərəflər öz şərh və təkliflərini təqdim edib, daha sonra bəzi məqamlar dəyişdirilib, xaric edilib və ya yenidən işlənib. O qeyd edib ki, Azərbaycanda öz təkliflərini və Ermənistan da öz təkliflərini verib və mübadilələr zamanı hər iki tərəfin təkliflərinin dəyişdirildiyi, xaric edildiyi və ya yenidən işlənildiyi hallar olub. Bununla danışıqların gedişatının məhz buna uyğun şəkilləndiyi vurğulanıb.

Vətəndaş Müqaviləsi təmsilçisinin sözlərinə görə, tərəflər danışıqları davam etdirəcəklər və sülh müqaviləsi 2031-ci ilə qədər imzalanacaq.