Qafqaz News Yeniavaz.com-a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri olaraq Vəzirov Rəşid Şamil oğlu təyin edilib. Nazir Anar Əliyev tərəfindən imzalanmış əmrlə bu dəyişiklik təsdiqlənmişdir.
Məlumatda bildirilir ki, 1979-cu ildə anadan olan Rəşid Vəzirov Azərbaycan Tibb Universitetinin məzunu olub, tibb üzrə fəlsəfə doktorudur. O, əvvəlcə Respublika Diaqnostika Mərkəzində və Mərkəzi Neftçilər Xəstəxanasında müxtəlif vəzifələrdə çalışıb. 2018-ci ilin noyabr ayından isə Respublika Diaqnostika Mərkəzinin icraçı direktoru vəzifəsində fəaliyyət göstərir. Bununla yanaşı, Əmək fəaliyyətinin müxtəlif dövrlərində Beynəlxalq Qızıl Xaç Komitəsində və QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondla əməkdaşlıq edib.