Qafqaz News Yenisabah.az-a istinadən xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmrilə Rəşid Şamil oğlu Vəzirov nazirin müşaviri vəzifəsinə təyin olunub.

1979-cu il təvəllüdlü Rəşid Vəzirov Azərbaycan Tibb Universitetinin məzunu və tibb üzrə fəlsəfə doktorudur. O, 2018-ci ilin noyabrından Respublika Diaqnostika Mərkəzinin icraçı direktoru vəzifəsində çalışır.

R.Vəzirov “Formula 1” yarışlarında tibbi təminat üzrə baş həkim olaraq fəaliyyət göstərib, Birinci Avropa Oyunlarının Təşkilat Komitəsində tibbi və antidopinq məsələləri üzrə rəhbər müavini kimi çıxış edib. Həmçinin İslam Həmrəyliyi Oyunları, COP29 və MDB Oyunları çərçivəsində tibbi məsələlər üzrə müşavir kimi çalışıb.

O, müxtəlif dövrlərdə Beynəlxalq Qızıl Xaç Komitəsində və QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondda da fəaliyyət göstərib.