Qafqaz News Yeniavaz.com-a istinadən xəbər verir ki, Sabah FK-nın baş məşqçisi Valdas Dambrauskas “Fənərbağça”dan təklif alması ilə bağlı xəbərlərə münasibət bildirib. O, bu barədə CBC Sport-a danışıb. Dambrauskas sözügedən iddiaları şaiyə adlandırıb: “Fənərbağça’ya gedəcəyimlə bağlı xəbərlər reallığı əks etdirmir. Buna görə də şaiyələri şərh etmək istəmirəm”.