BAKU.WS xəbər verir ki, iqtisadçı Xalid Kərimli Modern.az-a açıqlamasında bankın bağlanması hallarının borc öhdəliklərini ləğv etmədiyini ifadə edib. Onun sözlərinə görə, kredit müqaviləsi üzrə öhdəliklər bankın fəaliyyətinin dayandırılmasından asılı olmayaraq davam edir və borcalan ödəmə öhdəliklərini yerinə yetirməlidir.
“Bank bağlansa da vətəndaşın borcu silinmir. Əsas borc, faizlər və kredit müqaviləsinin digər şərtləri qüvvədə qalır. Bu, bankın bağlanması ilə borcalanı ödənişdən azad etmir”, - deyə iqtisadçı vurğulayıb.
Onun əlavə etdiyi kimi, bankın ləğvi prosesində ləğvedici təyin olunur. Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ləğvedici kimi çıxış etdiyi banklarda borcalanlardan kredit ödənişlərini toplayır və bankın öhdəliklərinin yerinə yetirilməsilə məşğul olur.
Xalid Kərimli borcalanın vəfat etməsinin də borcun avtomatik silinməsi mənasına gəlmədiyini qeyd edib. Miras və vərəsəlik məsələləri bu kontekstdə önə çıxır: mirasın qəbul edilməsi və bu ilə bağlı borc öhdəliklərindən imtina edilməsinin mümkün olmadığı, vərəsə mirasdan imtina etsə belə, həmin mirasla bağlı borc öhdəliyini rədd edə bilməyəcəyi bildirilir.