Qafqaz News Demokrat.az-a istinadən xəbər verir ki, iki Azərbaycan bankının idarə heyətlərində dəyişiklik olub. Səhmdarların qərarı ilə AccessBank-in İdarə Heyətinin sədri David Tsiklauri bankdan ayrılıb. Onu bu vəzifədə Bank Respublika-nın İdarə Heyətinin sədri Tariyel İsmayılov əvəzləyib. Bank Respublika-nın İdarə Heyətinin sədri vəzifəsinin icrası isə müvəqqəti olaraq sədr müavini Aslan Abbasova həvalə edilib.

Qeyd olunub ki, Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100%-nin alınması üzrə sövdələşmə tamamlanıb. Əqdin şərtlərinə görə AccessBank-ın əvvəlki səhmdarları Bank Respublika-nın nizamnamə kapitalının 25%-ni təşkil edən yeni imtiyazlı səhmləri əldə edəcəklər. Hər iki banka ilkin mərhələdə ayrı-ayrılıqda fəaliyyət göstərəcək, sonradan isə uyğun tənzimləyici tələblərə uyğun birləşdirilməsi nəzərdə tutulur.