Böyük Britaniyanın yeni baş naziri Endi Börnhamın Ağ Ev administrasiyasının rəhbəri kimi təqdim olunan, Syuzi Uaylz adını daşıyan naməlum şəxs ilə bir neçə dəfə yazışdığı açıqlanıb.
Məsələnin gündəmə gəlməsindən sonra Börnham yazışdığı şəxsin həqiqətən göstərilən şəxs olmadığına şübhə edərək, vəziyyəti bağlı orqanlara məlumat verib. Hadisənin ciddiliyi səbəbindən Britaniyanın Vaşinqtondakı səfirliyi də Ağ Evi xəbərdar edib.
Hökumət daxilindəki mənbələr yazışmaların məzmununun əhəmiyyətli olmadığını vurğulayıb. Rəsmi London isə milli təhlükəsizliklə bağlı şərh verməkdən imtina edib.
Yazışmaların dəqiq vaxtı və tərəflər arasında konkret nələrin müzakirə olunduğu barədə məlumat verilməyib.
Qeyd edək ki, Syuzi Uaylz Donald Trampın Ağ Evdəki aparat rəhbəridir və daha əvvəl onun adından istifadə edən şəxslərin amerikalı siyasətçilər və biznes nümayəndələri ilə əlaqə yaratdığı halların olduğu bildirilib.