QafqazNews Manset.az-a istinadən xəbər verir ki, bubble tea-nin müntəzəm qəbulu qaraciyərin piylənməsi ehtimalını yüksəldə bilər.

Rusiyalı cərrah, tibb elmləri namizədi Dmitri Monaxov bildirib ki, son vaxtlar populyarlaşan bu içki yüksək kalorili desert hesab edilməlidir. Onun tərkibindəki şəkər və karbohidratın miqdarı sağlamlıq üçün narahatlıq yaradır.

Digər mütəxəssis Natalya Filatova isə bubble tea-nin qlisemik indeksinin yüksək olduğunu vurğulayıb. O qeyd edib ki, içkiyə qatılan tapioka kürəciklərinin əsas hissəsi nişastadan ibarətdir.

“Tapioka karbohidratlı məhsuldur və tərkibinin 90 faizdən çoxunu nişasta təşkil edir”, – deyə Filatova bildirib.

Mütəxəssislərin xəbərdarlığına əsasən, bubble tea-ni tez-tez və böyük miqdarda içmək gündəlik kalori və karbohidrat qəbulunu artıra bilər. Buna görə içkini susuzluğu yatırmaq üçün nəzərdə tutulan adi vasitə kimi deyil, yüksək kalorili desert kimi qiymətləndirmək daha düzgündür.