QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan “Sülh körpüsü” təşəbbüsünün beşinci dəyirmi masasının erməni və azərbaycanlı iştirakçıları ilə bir araya gəlib.
Ermənistan Təhlükəsizlik Şurasının məlumatında bildirilib ki, görüşdə iştirakçılar Simonyana suallar ünvanlayıb, tərəflər arasında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, təşəbbüs çərçivəsində beşinci görüş Ermənistanda keçirilir. Tədbirdə Ermənistan və Azərbaycandan ümumilikdə 60 vətəndaş cəmiyyəti nümayəndəsi iştirak edir.