QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Bakıda “Barselona” və “Sabah” arasında keçirilən Çempionlar Liqası matçında vəfat edən azarkeş 39 yaşlı Anton P. olub. O, qarşılaşmanı izləmək məqsədilə oyundan bir gün əvvəl Azərbaycana gəlib.
Matç vaxtı kişinin səhhəti qəfil pisləşib və o, tribunada huşunu itirərək yıxılıb. Hadisəni görənlər tibbi yardım çağırıblar. Həkimlərin müdaxiləsi nəticə verməyib və Anton P.-nin həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata əsasən, ölümə ürək çatışmazlığı səbəb olub. Mərhumun cəsədi hazırda morqdadır.
Anton Krasnoyarsk diyarının İqarka şəhərində doğulub. Son bir neçə il ərzində Moskvada yaşayan şəxs layihə-tikinti şirkətinə baş direktor kimi rəhbərlik edib, eyni zamanda daşınmaz əmlakını icarəyə verib.
O, tez-tez səyahət edir, Maldiv adalarında istirahət edirdi. Anton həmçinin Moskvanın “Lokomotiv” klubunun azarkeşi olub.