QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Memar Əcəmi metrosunun yaxınlığındakı piyada keçidində yaranan sıxlıq sürücülərin hərəkətinə mane olur.
Vətəndaşın bu barədə şikayətinə dair görüntülər daxil olub. Onun sözlərinə görə, keçiddən istifadə edən piyadaların çoxluğu avtomobillərin yolunu kəsir və nəqliyyat vasitələri bir neçə dəqiqə gözləsə də, insan axını azalmır.
Şikayətçi bəzi avtomobillərin yolun ortasında qalmalı olduğunu bildirib. O qeyd edib ki, maşınlar bir neçə piyadaya yol verdikdən sonra da keçiddən insanlar ardıcıl şəkildə keçməyə davam edir və nəqliyyatın irəliləməsi çətinləşir.
Vətəndaşın sözlərinə görə, məktəblərdə dərslərin başa çatdığı vaxtlarda ərazidə həm piyadaların, həm də avtomobillərin sayı artır. Problemin həlli üçün aidiyyəti qurumların tədbir görməsi tələb olunur.