QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Sabirabad Regional Perinatal Mərkəzində 14 günlük körpə həyatını itirib.

Vəfat edən uşaq Ucar rayonunun Alpı kəndində yaşayan, 1997-ci il təvəllüdlü N. Hüseynovanın oğludur.

Körpə noyabrın 12-də Ucar Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı ilə, hamiləliyin altıncı ayında doğulub. Doğuşdan üç gün sonra səhhətinə görə Sabirabad Regional Perinatal Mərkəzinə aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.