QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsi vəkil Orxan Kəngərlinin barəsində seçilmiş həbs qətimkan tədbirinə dair şikayətini araşdırıb. Məhkəmə müraciəti təmin etməyib və Kəngərli həbsdə saxlanılıb.

Orxan Kəngərli noyabrın 19-da polis tərəfindən saxlanılıb. İstintaq orqanının təqdimatı ilə Nərimanov Rayon Məhkəməsi onun barəsində dörd aylıq həbs qətimkan tədbiri seçib.

Vəkilə Cinayət Məcəlləsinin 236.2.4-cü maddəsi — narkotik vasitə və ya psixotrop maddə istehlakına zor tətbiq etməklə, yaxud belə zor tətbiqi hədəsi ilə təhrik etmə, həmçinin 240.2.1-ci və 240.2.2-ci maddələr — güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsini qabaqcadan əlbir olan qrup tərəfindən və təkrar törətmə ittihamları irəli sürülüb.

Orxan Kəngərli “Alyans” vəkil bürosunun müdiridir.