QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, keçmiş təhsil naziri və Bakı Dövlət Universitetinin Ali riyaziyyat və riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri Misir Mərdanov yeni rektor Məleykə Abbaszadəyə kömək edəcəklərini deyib.

Mərdanov təyinatı hörmətlə qarşıladıqlarını və Abbaszadənin fəaliyyətinin müsbət nəticələr verəcəyinə inandıqlarını bildirib. “Təyinata hörmətlə yanaşırıq. Düşünürəm ki, hər şey daha yaxşı olacaq. Yeni rektor Məleykə xanıma əlimizdən gələn köməkliyi edəcəyik”, – o qeyd edib.

Məleykə Abbaszadə noyabrın 19-da Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad olunub. Prezident İlham Əliyevin imzaladığı digər sərəncamla o, Bakı Dövlət Universitetinin rektoru təyin edilib.