QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyində yeni şöbə yaradılıb və onun rəhbəri müəyyənləşib.

Nazir Məcnun Məmmədovun əmri ilə Ayaz Müseyibov Regional koordinasiya və aqrar inkişaf proqramları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Müseyibov 2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə üzrə bakalavr, 2014-2017-ci illərdə isə maliyyə menecmenti üzrə magistr təhsili alıb. O, 2020-2024-cü illərdə doktoranturada oxuyub, 2025-ci ildə fəlsəfə doktoru elmi dərəcəsini qazanıb.

Yeni təyinatadək Müseyibov müxtəlif dövlət və özəl müəssisələrdə rəhbər vəzifələrdə işləyib.