QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, noyabrın 17-si və 18-də Bakıda, Abşeron yarımadasında və bölgələrin əksəriyyətində yağıntısız hava gözlənilir. Proqnozu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlayıb.
Paytaxt və yarımadada hava dəyişkən buludlu olacaq. Gecə şəhərətrafı bəzi ərazilərdə qısamüddətli zəif yağış ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək, havanın ən yüksək temperaturu 12-17 dərəcə isti təşkil edəcək.
Bölgələrdə isə noyabrın 16-dan 17-nə keçən gecə və səhər bəzi yerlərdə yağış yağa bilər. Mülayim qərb küləyinin əsəcəyi gözlənilir. Maksimal temperatur Aran rayonlarında 13-18, dağlıq ərazilərdə 3-8 dərəcə isti olacaq.