Qafqaz News Bakupost.az-a istinadən xəbər verir ki, Bakıda gecə yarısı türk serialı Diriliş Ertuğrul-u izləyən bir kişi güclü həyəcan yaşadıqdan sonra infarkt keçirdiyi bildirilir. Hadisə ilə bağlı vəziyyət pisləşən xəstə Medera Hospitalına çatdırılıb.

Kardioloq Yunus Çelik açıqlamasında bildirib ki, xəstəxanaya güclü emosional gərginlikdən sonra yaranan infarkt şikayəti ilə gətirilib. O, dərhal təcili əməliyyata alınıb və ürək damarına stent qoyulub.

Pasiyent serialda izlədiyi bir səhnədən danışıb. O, Ərtoğrulun oğlu Osmanın öldürüləcəyini düşündüyü anlarda həddən artıq həyəcanlandığını bildirib.

Y.Çelik qeyd edib ki, xüsusilə təzyiqdən əziyyət çəkən şəxslərdə güclü emosional gərginlik təzyiqin kəskin yüksəlməsinə səbəb ola və ürək damarlarında trombun yaranmasına gətirib çıxara bilər, bu da infarkt keçirməyə səbəb olur.