Milli Məclisin bugünkü plenar iclasında əsaslandırılan dəyişikliklərə görə, ədliyyə orqanlarının tibb xidmətində çalışanlar xidmət göstərdikləri müddətdə hərbi çağırış və toplanışdan azad ediləcəklər. Sənədlərdə qeyd olunub ki, bu sahədə çalışanlar hüquqi statuslarının tənzimlənməsi məqsədilə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanun layihəsi üzərində iş aparılır. Layihəyə əsasən, Silahlı Qüvvələrin ehtiyatında olan vətəndaşlar tibb xidmətində vəzifəyə təyin olunduqdan sonra mövcud hərbi rütbələrinə uyğun xüsusi rütbələrə malik olacaq. Ehtiyatda olan zabitlər tibb xidmətində vəzifəyə başladıqda ilk xüsusi rütbə, onların hərbi rütbələri üçün müəyyən edilmiş müddət başa çatdığı halda bir pillə yüksək verilə bilər. Hökümət tərəfindən təyin edilən bu çərçivədə tibb xidmətinin əməkdaşları qulluq etdikləri müddətdə hərbi çağırışdan azad olunacaqlar; tibb xidməti işçiləri isə hərbi qeydiyyatdan çıxarılaraq Ədliyyə Nazirliyində xüsusi qeydiyyata götürüləcək. Ayrıca, tibb xidmətinin qulluqçuları penitensiar xidmətin müalicə müəssisələrində, penitensiar tibb-sanitar hissələrində və saxlanılan şəxslərin müşayiəti üçün yaradılan bölmələrdə fəaliyyət göstərən tibb-sanitar hissələrində xidmət keçəcəklər. Xidmət keçmə qaydaları “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” qanunlar, həmçinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi” ilə tənzimlənəcək. Eyni zamanda, məhkəmə ekspertizası idarəsində çalışan, xüsusi rütbəli ədliyyə işçiləri və dövlət icra məmurları xüsusi geyim forması ilə təmin olunacaqlar. Qanun layihəsi müzakirələrdən sonra üçüncü oxunuşda qəbul olunub.