Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində kənd sakini Əsəd Əsədovun evində olub.
Görüş zamanı ailənin kiçik üzvü Gülər dövlət başçısından traktor istədiyini söyləmişdi. Prezident həmin arzuya müsbət reaksiya göstərib.
Məlumata görə, Əsədovlar ailəsinə bu günlərdə traktor təqdim edilib və beləliklə, Gülərin arzusu reallaşıb.
Qeyd edək ki, Prezident daha əvvəl Xocavənd rayonunun Xanoba kəndində sakinlərlə görüşdə balaca Ayazın “Kamaz” istəyi ilə bağlı da addım atmışdı.