QafqazNews Interfax-a istinadən xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpu (İİKK) iki neft tankerində yanğınların baş verdiyini açıqlayıb. Hadisə tankerlərin Tehranın icazə vermədiyi marşrut üzrə Ormuz boğazından keçməyə çalışması zamanı baş verib, məlumatı Tasnim agentliyi yayıb.
İİKK-nın bəyanatında deyilir ki, həmin iki tanker bütün naviqasiya və identifikasiya sistemlərini söndürüb və ABŞ-ın “aqressiv və terrorçu” hərbi qüvvələrinin dəstəyi ilə keçməyə cəhd ediblər. Bəyanatda həmçinin vurğulanır ki, “minaların partlaması nəticəsində onlar yanıb və dayandırılıblar”.
Korpu yenidən bildirmişdir ki, strateji əhəmiyyətli su yolu bağlı qalır və “ABŞ-ın irəli sürdüyü yeddi (İranın - İF) şərt yerinə yetirilənədək vəziyyətdə heç bir dəyişiklik olmayacaq”. Bəyanatda əlavə olunur ki, ABŞ hərbçilərinin neft tankerlerini icazəsiz və mina yerləşdirilmiş ərazilərdən keçməyə məcbur etməyə çalışmaları yalnız təkrarlanan utancverici uğursuzluqlara gətirib çıxaracaq.