Qafqaz News Baku.ws-a istinadən xəbər verir ki, 2026-cı ildə vaxtilə köhnəlmiş hesab edilən çiçək formalı broşlar və geyim bəzəkləri yenidən dəb dünyasının diqqət mərkəzinə çevrilib.

Mətnə görə, iri ölçülü, çiçək formalı aksesuarlar və broşlar geyimlərin üzərində önə çıxır. Bu aksessuarlar uzun müddət yaşlı xanımların konservativ geyim tərzi ilə əlaqələndirilən olsa da, bu il məşhur dizaynerlərin kolleksiyalarında yenidən yer alıb.

Xüsusilə Chanel moda evinin yeni kreativ direktoru Matye Blazi brendin simvolu olan kameliya çiçəyini fərqli formada təqdim edib. O, həcmli və zərif ləçəklərə malik broşlar hazırlayıb.

Tom Ford moda evi isə 2027-ci ilin yaz-yay kolleksiyasında dəri gödəkçələr və pencəklər üzərində qırmızı qızılgül formalı aksesuarlardan istifadə edib.

Stilistlərin fikrincə, bu aksessuarları müasir görünüşdə təqdim etmək üçün onları klassik romantik geyimlərlə deyil, daha fərqli kombinlərlə uyğunlaşdırmaq lazımdır.

Mütəxəssislər çiçək formalı broşları kişi üslubunda kostyumlar, oversayz pencəklər və dəri geyimlər, eləcə də zolaqlı parçalarla birləşdirməyi tövsiyə edirlər.

Qeyd edək ki, avqust ayında gənclər arasında italyan nənələrinin geyim tərzindən ilhamlanan kətan köynəklər və önlüklərə marağın artdığı bildirilmişdi.