Qafqaz News Bakupost.az-a istinadən xəbər verir ki, ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru Azərlotereya-nın Poz-Qazan oyunları oktyabr ayında ümumilikdə 3 264 382 uduşlu bilet sahibinə sevinc yaşadıb.

Bakupost xəbər verir ki, bu biletlər üzrə ödənilən ümumi uduş məbləği 17 572 432 manat təşkil edib. Onların arasında 30 böyük uduş var. Uğurlu 7 lotereyasında düz 2 böyük uduş – 50 000 manat Goranboy və Abşeron rayonlarında qazanılıb. Eyni lotereyanın daha 2 biletində 10 000 manatlıq uduş qeydə alınıb.

Ötən ay Qızıl lotereyasında 25 000 manatlıq uduş əldə edilib. Kosmos lotereyası isə 12 nəfəri 10 000 manatlıq uduşla sevindirib. Sür Qazan lotereyasında da 10 000 manatlıq uduş qeydə alınıb.

4 Fəsil və Bəxt açarı lotereyalarının hər birində 5 000 manatlıq uduş qazanılıb. Qoşa oyunu üzrə isə düz 10 bilet sahibinin hər biri 4 000 manat əldə edib.

Uduşlu biletlər Bakı, Sumqayıt, Gəncə, Goranboy, Şəmkir, Bərdə, Qəbələ, Balakən, Şamaxı, Ağcabədi, Zaqatala, İmişli, Kürdəmir, Şabran, Cəlilabad, Lənkəran şəhərlərində qeydə alınıb. Qaliblər arasında Rasim Soltanov, Natiq Davidov, Məhəmməd Süleymanov, Aynur Gülməmmədova və s. olub.

Azərlotereya-nın 4+4 tirajlı lotereyasında cekpot məbləği hazırda rekord həddə çataraq 2 000 000 manatı ötüb və öz şanslı sahibini gözləyir. Bununla yanaşı, müxtəlif Poz-Qazan oyunlarında da 500 000 manata qədər böyük uduş qazanmaq imkanı var.

Biletləri Azərlotereya.com və Misli.az səhifələri, Azərlotereya satış nöqtələri, Misli məntəqələri, Azərpoçt şöbələri, Araz və OBA marketlər şəbəkəsi, eləcə də digər mağaza və köşklərdən əldə etmək mümkündür.