Qrup halında toplaşan vətəndaş cəmiyyətinin təmsilçiləri İranın Azərbaycandakı səfirliyinə gəliblər. Onlar oktyabrın 26-da Məsud Pezeşkiyana ünvanlanan açıq məktubu nümayəndəlik nümayəndələrinə təqdim ediblər. Səfirlik rəsmiləri sənədi qəbul edib. Təmsilçilər yaxın vaxtlarda Pezeşkiandan məktublarına cavab alacaqlarına ümid etdiklərini vurğayıblar.

Açıq məktubda Azərbaycan dilinin və milli-mənəvi dəyərlərin əhəmiyyətinə diqqət çəkilib və İran prezidentinin ana dilindəki çıxışları ilə bağlı təqdir ifadə olunub. Məktubda, ana dilində təhsil hüququnun təminatı istiqamətində tarixi addımların atılmasına çağırış edilib və Azərbaycanlıların ana dilində təhsil imkanlarının genişləndirilməsi məsələsinə xüsusi həssaslıq göstərilməsi istənilib.

QHT nümayəndələri son olaraq qeyd ediblər ki, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri bu istiqamətdə səmimi dəstəyi davam etdirməyə hazırdırlar və ana dilində təhsilin inkişafına, elmi-pedaqoji və mədəni əməkdaşlığın genişləndirilməsinə öz imkanları daxilində töhfə verəcəklər.