İyulun 11-də Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndinə səfər edərək orada aparılan bərpa işləri ilə tanış olub və kəndə qayıdan sakinlərlə görüş keçirib.

Görüş zamanı Əsəd Əsədovun ailəsi ilə söhbət zamanı ailənin kiçik üzvü Gülər Əsədova dövlət başçısından traktor istədiyini bildirib.

Yerlərdə vəziyyətin və qayıdışdan sonra həyatın bərpasının necə təşkil olunduğunu əks etdirən görüntülər lentə alınıb; həmin materiallarda balaca Gülərin arzusunun gerçəkləşməsi də əks olunub.

Böyük Qayıdış proqramı çərçivəsində Kiçik Qaladərəsi kəndinə ilkin mərhələdə 15 ailə — ümumilikdə 51 nəfər köçürülüb. Kəndə qayıdış prosesi ilin sonunadək davam edəcək.

Balaca Gülərin Prezidentdən istədiyi traktor Əsədovlar ailəsinə təqdim edilib.