Xalq artisti Röya Ayxan bu dəfə fərqli və sirli obrazı ilə diqqət çəkib.

NOCOMMENT.az xəbər verir ki, müğənni mavi üz boyası, al-qırmızı saçları və qeyri-adi görünüşü ilə kamera qarşısına keçərək Halloween mövzusunda çəkiliş etdirib.

“Beauty, Beast & Bugs” adlandırılan layihə həm konsepti, həm də vizual həlli ilə seçilir.

Çəkiliş paytaxtın mərkəzi məkanlarından birində kreativ komandanın iştirakı ilə reallaşıb.

Qeyd edək ki, Halloween hər il oktyabrın 31-də qeyd olunur. Bu bayramın əsas atributları mistik obrazlar, fantastik personajlar və qeyri-adi kostyumlardır.