Baş nazir Əli Əsədov yaxın zamanlarda Heydər Əliyev adına Tbilisi Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının tikintisinin başlanacağını bildirib. BAKU.WS xəbər verir ki, Ə. Əsədov Siqnaxidə Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 11-ci iclasında çıxış edərkən mədəni-humanitar sahə əməkdaşlığının ən əsası istiqamətlərdən biri kimi qalacağını qeyd edib.
O, iki ölkədə yaşayan azərbaycanlı və gürcü icmalarının münasibətlərin inkişafında xüsusi rol oynadıqlarını vurğulayıb. Onların ana dilində təhsil imkanlarının təmin olunması və müvafiq məktəblərin fəaliyyəti xalqlarımız arasında əlaqələrin güclənməsinə xidmət edir səsləndirib.