Baş nazir Əli Əsədovun imzası ilə qəbul olunan qərarındakı əsas müddəalar rəsmi saytda yayımlanıb. Məlumata görə, Nazirlər Kabineti Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzinin yanında yerləşən Bitkiçilik Elmləri İnstitutu ilə Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutunun strukturlarını, ştatlar üzrə işçi sayını və əməkhaqlarını təsdiq edib.

Sənəddə qeyd olunan qurumların vəzifə maaşları, onlara əlavələr, mükafatlar və digər ödənişlərin məbləğləri də müəyyənləşdirilib. Həmçinin üç qurumun təşkilati strukturu və ştat sayı ilə bağlı detallara da qərarda yer verilib. Qərarın mətni Nazirlər Kabinetinin rəsmi saytında yayımlanıb.