Qafqaz News Manset.az-a istinadən xəbər verir ki, 2026-2027-ci illərin qışı ilə bağlı proqnozlar Avropanın cənub-şərqi və Türkiyənin bu mövsüm üçün önə çıxacağını göstərir. Dekabrın sonlarında güclənməsi gözlənilən El Niño hadisəsi ilə əlaqədar bölgədə soyuq hava dalğalarının və yağıntılı hava sistemlərinin təsirinin artırıla biləcəyi bildirilir.

Super El Niño hadisəsinin təsiri altında keçəcəyi proqnozlaşdırılan 2026-2027-ci illərin qış mövsümündə son 70 ilin ən güclü atmosfer dəyişikliklərindən birinin baş verə biləcəyi proqnozlaşdırılır.

“Severe Weather Europe” nəşrinin təhlillərinə görə, Sakit okeanda dəniz suyunun temperaturunun sürətlə yüksəlməsi nəticəsində güclənən bu təbiət hadisəsinin dekabrın sonlarında ən yüksək həddə çatacağı ehtimal olunur.

Qlobal külək axınlarına və atmosfer təzyiqi tarazlığına təsir göstərən bu proses stratosferdəki qütb burulğanında baş verən pozulmalarla da müşayiət olunur.

Atmosferin yuxarı qatlarında yaranan bu dəyişikliklərin bir neçə həftəlik gecikmə ilə yer səthində də özünü göstərəcəyi və geniş ərazilərdə güclü soyuq hava dalğalarına səbəb ola biləcəyi ehtimal edilir.