Qafqaz News Yeniavaz.com-a istinadən xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Türk Dövlətləri Təşkilatında (TDT) iştirakını məqsədəuyğun hesab edir. Peskov bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təşkilata Rusiyanın da qoşulmasıyla bağlı son təşəbbüsünü şərh edərkən söyləyib.
O, əlavə edib ki, Rusiyanın TDT-da iştirakı məsələsinə toxunarkən diqqət yalnız ayrı-ayrı regionları deyil, bütövlükdə Rusiya Federasiyasını nəzərdə tutur. “Rusiyanın Türk Dövlətləri Təşkilatında iştirakı məsələsinə gəlincə, bildiyiniz kimi, Rusiyada əhalisi tarixən, mənşəyinə görə türk olan bir sıra regionlar var. Buna görə də Rusiyanın belə bir təşkilatın fəaliyyətində iştirakı tamamilə anlaşılan, məqsədəuyğun və təbii olardı”, – deyə Peskov bildirib.
Rəsmi açıqlamaya görə, söhbət Rusiyanın təşkilatda iştirakı üzrə ümumi yanaşmadan gedir və bu, Rusiya regionları ilə məhdudlaşmır.