QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Azadlıq prospekti ilə Dilara Əliyeva küçəsinin kəsişməsində təmir aparıldıqdan sonra yolun hərəkət hissəsində çuxur yaranıb və bu, sürücülər üçün təhlükə yaradır.
Şikayətdə qeyd olunur ki, çuxur kanalizasiya qapağının ətrafında görülən işlərdən sonra əmələ gəlib. Azadlıq prospekti ilə hərəkət edən sürücülər onu aydın görə bilirlər.
Sakinlər bildirirlər ki, çuxur nəqliyyatın hərəkətinə mane olur və qəza ehtimalını artırır. Hərəkətin sıx olduğu bu ərazidə problemin gec aradan qaldırılması arzuolunmaz nəticələrə yol aça bilər.
Şikayətçilər məsul qurumlardan çuxurun aradan qaldırılmasını və yol örtüyünün əvvəlki vəziyyətinə qaytarılmasını istəyirlər.