QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində yeni təyinat həyata keçirilib.

Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədovun imzaladığı əmrlə Azər Süleymanov “DOST Çağrı Mərkəzi 142”də əməliyyatlar departamentinin direktor müavini və şöbə rəhbəri vəzifəsinə gətirilib.

Süleymanov daha əvvəl DOST Agentliyinin Analitika və hesabatlılıq departamentinə rəhbərlik edib. O, həmçinin DOST 142 Çağrı Mərkəzində baş və böyük mütəxəssis, aparıcı məsləhətçi və mütəxəssis kimi çalışıb.

Azər Süleymanov 2020-ci ildən DOST Agentliyində fəaliyyət göstərir.