QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, noyabrın 25-də paytaxtda və respublikanın müxtəlif rayonlarında qanunsuz silah və sursatın aşkarlanması məqsədilə əməliyyat və profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, tədbirlər zamanı 3 avtomat, 2 tapança və 30 tüfəng, həmçinin 17 patron darağı və müxtəlif çaplı 580 patron aşkar olunaraq götürülüb.
Qanunsuz saxlanılan silah-sursatın üzə çıxarılması və dövriyyədən çıxarılması üçün tədbirlər davam edir.