QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Bakıdakı Üzeyir Hacıbəyov küçəsi, 9 ünvanında yerləşən memarlıq abidəsinin tarixi qapısının yerində şüşə konstruksiya quraşdırılıb. № 3426 ilə siyahıya alınmış abidənin qapısı sökülüb.

Məsələ ictimailəşdikdən sonra qapı əvvəlki yerinə qaytarılmayıb. Bunun əvəzinə onun təsvirini şüşə konstruksiyanın üzərinə yapışdırıblar.

Məsələnin Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin xəbəri olduğu bildirilir. Ötən gün mədəniyyət naziri Adil Kərimlinin hadisədən məlumatlı olduğu və məsələni araşdıracağı qeyd edilmişdi.

Yerli əhəmiyyətli tarixi bina 1896-cı ildə inşa olunub.