QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Çin Nvidia-nın keçmiş rəhbəri Censen Huangı kəşfiyyat marağında olan şəxsə çevirə bilər.

“The Wall Street Journal”ın yazdığına görə, Pekin texnologiya sahəsində məlumat toplamaqla iqtisadi inkişafı sürətləndirməyə və hərbi qüvvələri modernləşdirməyə çalışıb. Bununla yanaşı, Çin Kommunist Partiyasının ölkə daxilində və beynəlxalq miqyasda nüfuzunu genişləndirmək istədiyi bildirilir.

Böyük Britaniyanın MI6 kəşfiyyat xidmətində əməliyyatlara rəhbərlik etmiş Naycel İnkster Huangın diqqət mərkəzinə düşməsinin mümkün səbəblərini açıqlayıb. Onun fikrincə, Huangın ABŞ Prezidenti Donald Trampla yaxınlığı və administrasiyanın Çinə çip ixracı ilə bağlı siyasətinə təsir göstərə bilməsi kəşfiyyatın marağını cəlb etmiş ola bilər.

Nəşrin məlumatına görə, ABŞ rəsmiləri sahibkar Alis Huangla əlaqələrindən istifadə etməklə Censen Huangdan məlumat alınmağa çalışıldığını ehtimal edirlər. Alis Huangın Sinqapurda fəaliyyət göstərən “Megaspeed” şirkəti ilə bağlı olduğu qeyd olunur.

Qəzet Çində kəşfiyyat və təhlükəsizlik istiqamətlərində çalışanların sayının təxminən 600 min nəfər olduğunu yazıb. Nvidia məsələyə dair müstəqil araşdırma aparmağa başlayıb, Pekin isə casusluq ittihamlarını qəbul etməyib.

Xəbərdə, həmçinin Censen Huangın noyabrın 12-də Nvidia-nın prezidenti və baş icraçı direktoru postlarından getdiyi iddia edilir.