QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, ABŞ-nin Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi NASA Ayda daimi baza yaratmaq planını sürətləndirir. Layihəyə 10 milyard dollara qədər vəsaitin ayrılması nəzərdə tutulur.
Yeni plan Ay səthinə yük və avadanlıqların daşınmasını, gələcək missiyaların təşkilini, həmçinin astronavtların uzunmüddətli fəaliyyəti üçün infrastruktur qurulmasını əhatə edir.
Layihənin əsas komponentlərindən biri nüvə enerjisi ilə işləyəcək “PROMISE” adlı roverin hazırlanmasıdır. Gözləntilərə görə, bu texnologiya Ayda daha uzunmüddətli araşdırmalar aparmağa şərait yaradacaq.
NASA-nın planına görə, daimi baza 2032-ci ilədək qurulmalıdır. Agentlik layihə çərçivəsində özəl kosmik şirkətlərlə əməkdaşlığını da genişləndirir.