QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Ordubad rayonunun Dırnıs kəndində avtobusun aşması nəticəsində xəsarət alan 11 nəfərin kimliyi məlum olub.

Qəzada 1966-cı il təvəllüdlü Həsənova Səkinə Asəf qızı, 1962-ci il təvəllüdlü Bağırova Səadət Qəhrəman qızı, 1964-cü il təvəllüdlü İmanova Zəhra Firudin qızı və 1962-ci il təvəllüdlü Həsənova Kəmalə Firudin qızı xəsarət alıblar.

Xəsarət alanlar arasında 1988-ci il təvəllüdlü Möhsünlü Sura İmaməli qızı, 1967-ci il təvəllüdlü Məmmədova Sara İsgəndər qızı, 1979-cu il təvəllüdlü Əliyeva Raidə Tofiq qızı və 1992-ci il təvəllüdlü Tağıyeva Gülşad Əşrəf qızı da var.

Həmçinin 1966-cı il təvəllüdlü Tağıyeva Cəmilə Əhməd qızı, 1955-ci il təvəllüdlü Həsənova Validə Adil qızı və 1977-ci il təvəllüdlü Hacıyeva Güllər Kamil qızı yaralanıblar. İlkin məlumata əsasən, onlar yas mərasiminə gedərkən qəzaya düşüblər.

Xəsarət alanların hamısı Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Hadisə yerində polis əməkdaşları işləyib, qəza ilə bağlı araşdırma aparılır.