QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Şamaxıda yük maşınının aşması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 122,2-ci kilometrində qeydə alınıb. Bakı istiqamətində gedən avtomobilin sürücüsü dairəvi yolda dönərkən nəqliyyat vasitəsinə nəzarəti itirib. Yük yerində olan təxminən 9 ton xurma yola səpələnib.
Qəza Şamaxı şəhərinə girişdə, eləcə də Ağsu və İsmayıllı istiqamətində yolun həmin hissəsində hərəkətin məhdudlaşdırılmasına səbəb olub. Sürücülərin keçidi üçün yolun sağında və solunda yerləşən zolaqlar açılıb.
Hazırda avtomobillərin maneəsiz hərəkətinin bərpası və yolun təmizlənməsi üçün işlər aparılır.