QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Volqoqrad Dövlət Tibb Universitetinin Klinik Farmakologiya və Reanimasiya kafedrasının professoru Nataliya Roqova Ozempic-in həkim resepti olmadan qəbul edilməsinin halsızlığa yol aça biləcəyini bildirib.
Onun sözlərinə görə, preparat 2-ci tip diabet zamanı qanda şəkərin səviyyəsini aşağı salır, iştahanı da azaldır. Buna görə Ozempic-dən tez-tez çəki azaltmaq məqsədilə istifadə edilir.
Roqova izah edib ki, dərmanın nəzarətsiz qəbulu beyin neyronlarının lipid membranlarının ciddi şəkildə pisləşməsinə səbəb ola bilər. Semaglutid tərkibli preparatlar yalnız diabetin müalicəsində və xəstəliklə əlaqədar çəki itkisi üçün nəzərdə tutulur.
Professor həddindən artıq qidalanma ilə yanaşı, arıqlamaq məqsədilə bu dərmandan istifadənin yolverilməz olduğunu vurğulayıb. O, alternativ olaraq idmanla məşğul olmağı və balanslı qidalanmanı tövsiyə edib.
Ümumdünya Diabet Günü hər il noyabrın 14-də qeyd olunur. Bu gün 1991-ci ildə təsis edilib.